34 il əlillik pensiyası alan Kəlbəcər sakinin hüququ pozulduğunu deyir.
NOCOMMENT.az xəbər verir ki, İlyaslilar kənd sakini 1958-ci il təvəllüdlü Sarıyeva Ofeliya Quluş qızı iş şəraitində aldığı gözdən zədə səbəbindən 34 il boyunca əlillik pensiyası alıb. Lakin iki ay öncə onun pensiyası qəflətən dayandırılıb.
Şikayətçinin sözlərinə görə, Dövlət Sosial Müdafiəsi Fondunun Göygöl rayon şöbəsi sənədin itdiyini əsas gətirərək əlillik pensiyasının kəsildiyini bildirib. Sarıyeva Ofeliya daha sonra məhkəməyə müraciət edib və məhkəmə onun əlillik hüququnu tanıyıb. Lakin qərara baxmayaraq, hələ də pensiyası bərpa edilməyib.
Qeyd edək ki, hazırda qadın yaşa görə təyin olunan sosial müavinət alır, lakin əlillik statusu ilə bağlı pensiya hüququ hələ də bərpa olunmayıb.
Dövlət Sosial Müdafiə Fonduna məsələ ilə bağlı sorğu göndərilib, hələ ki cavab verilməyib.
@atif_sarixanli #dsmf #pensiya #müavinət #şikayət #kəlbəcərsakini ♬ orijinal ses – Jurnalist Atif Sarıxanlı 🌍