EN

SON DƏQİQƏ! NATO ölkəsi Hörmüz boğazında əməliyyatlarda iştirak edə bilər

Almaniya Silahlı Qüvvələri Hörmüz boğazında təhlükəsizliyin təmin olunması üzrə potensial əməliyyatlarda iştirak edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius danışıb.

“Atəşkəs haqqında razılaşmaya nail ola bilsək, təhlükəsizliyin təmin olunması, o cümlədən Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin təmin edilməsi üçün silahlı qüvvələrin səfərbər olunması ilə bağlı istənilən variantı müzakirə edəcəyik”, – deyə Pistorius bildirib.

Bununla belə almaniyalı nazir xüsusi olaraq vurğulayıb ki, Berlin İsrail və ABŞ-nin İrana qarşı başlatdığı müharibəyə qoşulmayacaq.

Onun sözlərinə görə, bu iqtiqamətdə məsləhətləşmələr əvvəlcədən aparılıb və İrandakı müharibə Almaniyanın müharibəsi deyil./trend

Chosen
20
4
konkret.az

6Sources