EN

Azərbaycan alma ixracından gəlirini 30 %-ə yaxın artırıb

Bu ilin yanvar-fevral ayında Azərbaycan 17 milyon 620,45 min ABŞ dolları dəyərində 22 min 638,44 ton alma ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4 milyon 49,48 min ABŞ dolları (30 %), həcm baxımından isə, 1 964,77 ton (9,5 %) çoxdur.

Hesabat dövründə alma ixracından əldə edilmiş gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,5 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

Chosen
32
16
far.az

10Sources