EN

Gəncədə evdə yanğın olub, ölən var - YENİLƏNİB

Şəhərin Yeni Gəncə yaşayış massivində baş verən yanğın zamanı ölən şəxsin kimliyi məlum olub.
 
Moderator.az xəbər verir ki, hadisə şəhərin Əlkbər Seyfi küçəsində qeydə alınıb. İlkin məlumata görə, fərdi yaşayış evinin bir hissəsi yanıb. Ev sahibi, 1960-cı il təvəllüdlü Zaur Məmmədov tüstüdən zəhərlənərək ölüb.
 
Hazırda alov söndürülüb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
 
Faktla bağlı araşdırma aparılır.
 
10:50
 
Gəncədə yaşayış evində yanğın olub.
 
Moderator.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
 
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər tüstüdən zəhərlənərək ölüb.
 
Chosen
21
moderator.az

1Sources