EN

İlham Əliyev Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb


Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.
Yeniavaz.com
xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Banqladeş arasındakı dostluq münasibətlərinin xoş ənənələri mövcuddur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Chosen
14
47
yeniavaz.com

9Sources