EN

Tramp bu tarixdə atəşkəs elan edə bilər - İsrail mediası

İsrail ABŞ prezidenti Donald Trampın ABŞ-nin İranla yekun və birmənalı razılığa gələ bilməməsinə baxmayaraq, 28 martda atəşkəs elan edəcəyini gözləyir.

Ölkə.Az xəbər verir ki, bu barədə İsrail Televiziya Kanalı 12 bildirib. 

İsrail Vaşinqton və Tehran arasında ətraflı razılaşma ehtimalını aşağı qiymətləndirir, lakin çərçivə razılaşması ehtimalı hələ də yüksəkdir: "ABŞ İranla yekun və qəti razılaşmalar əldə etməsə belə, bu bəyanatın gözləniləndir".

CNN yazır ki, Donald Tramp İranın "həqiqətən razılaşma istədiyini", lakin öldürülmək qorxusundan "bunu deməkdən çəkindiyini" bildirib.

İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik rəsmisi Press TV-yə müsahibəsində açıqlayıb ki, İran davam edən müharibəyə son qoymaq üçün Amerikanın təklifini rədd edərək, münaqişənin bitirməyin yalnız Tehranın müəyyən etdiyi şərtlər daxilində və müddət ərzində mümkün olduğunu bildirib.

Təklifin təfərrüatları ilə tanış olan şəxs İranın ABŞ Prezidenti Donald Trampa müharibənin bitmə vaxtını diktə etməsinə icazə verməyəcəyini vurğulayıb: "İran müharibəni zəruri hesab etdiyi və şərtləri yerinə yetirildiyi zaman bitirəcək".

Chosen
37
2
olke.az

3Sources