EN

Kəfr Qasimdə İranın hücumu nəticəsində 5 nəfər yaralanıb

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

İsrailin Kəfr-Qasim şəhərinə İranın endirdiyi zərbə nəticəsində 5 nəfər yüngül yaralanıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Zərərçəkənlər kasetli sursatın partlaması nəticəsində xəsarət alıblar və xəstəxanaya çatdırılıblar.

Qeyd olunub ki, İranın zərbəsi nəticəsində şəhərdəki bir sıra obyektlərə ziyan dəyib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
1
cebheinfo.az

2Sources