Məşhur realiti şou ulduzu Kim Kardaşyan (45) illərdir "ailə dostu" olan, lakin bu yaxınlarda sevgisini tapdığı Formula 1 əfsanəsi Luis Hemilton (41) ilə birlikdə yaz tətilinə Yaponiyanın Tokio şəhərinə yollanıb.
Publika.az xəbər verir ki, Tokioda əl-ələ tutaraq gəzən cütlüyün tətilində Kardaşyanın uşaqlarının da olduğu bildirilir.
Kardaşyan keçmiş əri və dörd uşağının atası reper Kanye Uestdən 2021-ci ildə boşanıb. Kardaşyan və Hemilton arasındakı münasibətlər 2026-cı ilin fevral ayında İngiltərədə romantik bir həftəsonu tətili ilə ortaya çıxıb.
“Ferrari” pilotu Hemilton bu həftəsonu Yaponiya Qran Prisində yarışacaq.