“Harri Potter” serialının ilk tizeri yayımlanıb.
Musavat.com xəbər verir ki, təqdim olunan görüntülərdə Harri Potterin Dörsli ailəsində keçən uşaqlıq dövründən səhnələr, onun Hagridlə ilk tanışlığı və Hoqvartsdakı ilk addımları yer alıb.
Serialda baş rollar yeni və gənc aktyorlara həvalə edilib. Harri Potter obrazını Dominik Maklaflin canlandırır. Ron Uizli rolunda Alaster Staut, Hermiona Qreyncer obrazında isə Arabella Stenton çıxış edir.
Layihə HBO tərəfindən hazırlanır. Bildirilir ki, bu dəfə yaradıcı heyət J. K. Rowling əsərlərinə daha sadiq qalaraq hadisələri geniş və detallı şəkildə təqdim etməyi hədəfləyir. Bu məqsədlə serial çoxseriyalı formatda ekranlaşdırılıb.
Məlumata görə, layihənin ilk mövsümü 8 seriyadan ibarət olacaq.
Serialın premyerası 2026-cı ilin dekabr ayına planlaşdırılır.
Musavat.com