EN

“Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” - 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə

Bakıda 6 yaşlı ögey övladını yuxudan oyadıb xüsusi amansızlıqla döyərək öldürməyə cəhd edən Rəşad İsmayılovun cinayət işinin bəzi detalları məlum olub. 

Milli.Az xəbər verir ki, istintaqla müəyyən edilib ki, Rəşad İsmayılov xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd edib. 

Belə ki, Martın 8-i 2024-cü il tarixdə, saat 04:00 radələrində Rəşad yuxudan oyanıb ikinci dəfə ailə qurduğu Aynur Həsənovadan yemək istəyib. O isə Rəşada "biraz gözlə, səhər açılsın, yemək hazırlayım" deyib. Rəşad isə qışqıraraq "bu dəqiqə yemək hazırlamasan bu evdə qan tökəcəm" deyib. Arvadı Rəşadın xasiyyətini bildiyi üçün qorxudan saat 04:00-da qalxıb ona yemək hazırlamağa başlayıb. Sadəcə yemək biraz gec hazırlandığından Rəşad onun acığına uşaqlar yatan otağa keçib 6 yaşlı oğulluğu Nuranın baş və sinən nahiyələrinə yumruq - təpik zərbələri vurub. Artıq həmin vaxt uşaq tam şəkildə özündən gedib. Buna baxmayaraq, Rəşad uşağı sürüyüb çöl çıxarıb və orada da vurmağa davam edib. Həmin vaxtı qışqırıq səsinə oyanan onun ögey qızı 8 yaşlı Şəbnəm atalığının qardaşı Nuranı vəhşicəsinə döydüyünü görüb, sadəcə onun qorxusundan otaqda ağlayıb. 

Aynur qışqararaq Rəşada deyib ki, uşaqdan əl çəksin, yoxsa qonşuları və polisi çağıracaq. Rəşad onun polis çağıracağından qorxaraq uşağı vurmağı dayandırıb. 

Sonra uşaq qusmağa başlayıb və özündən gedib. Aynur oğlunu təcili həkimə aparaq deyəndə Rəşad isə "lazım deyil, qoy ölsün, bildirərik ki, pilləkəndən yıxılıb ölüb" deyib. Aynurun yalvarışından sonra Rəşad razılıq verib və taksi çağırıb uşağa xəstəxanaya aparıblar. Lakin Rəşad ona dəfələrlə "xəstəxanada deyirsən ki, uşaq pilləkəndan yıxılıb, əks halda səni və uşaqlarını öldürəcəm" deyib. Onlar uşağı taksi ilə xəstəxanaya aparıblar və həkimə Rəşadın dediyi kimi Nuranın guya pilləkəndən yıxılaraq özündən getdiyini deyiblər. Xəstəxanada uşaq əməliyyat olunub və buna baxmayaraq həmin gündən Nuran eşitmə, danışma, görmə, yerimə qabiliyyətlərini itirib və iflic vəziyətdə yataqda yatıb. Aynur Rəşadın qorxusundan 4 ay hər kəsdən uşağının döyülməsini gizlədib, onun yıxılaraq xəsarət aldığını deyib, lakin uşağın getdikcə ağırlaşdığını görüb məcbur olub 19 iyul 2024-cü il tarixdə hadisə barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə ərizə ilə müraciət edib. 

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindaən keçirilən tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.

Bununla da, Rəşad İsmayılova qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb. 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə  Rəşad İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib. /unikal.az

Milli.Az

Chosen
41
10
milli.az

10Sources