EN

Qara dənizdə Türkiyənin neft tankerinə dron hücumu olub - KİV

Bakı. Trend:

Xam neft daşıyan Türkiyəyə məxsus "ALTURA" adlı tankeri İstanbulboğazından 15 dəniz mil aralıda (Qara dənizdə) pilotsuz uçuşaparatı (PUA) hücumuna məruz qalıb. İnsident nəticəsində gəminingöyərtəsində və motorxanasında zədələnmə meydana gəlib.

Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.

Rusiyadan yola çıxan tankerin göyərtəsində 140 min ton neftdaşınır.

Qara dənizdə açıq sularda baş verən hadisə zamanı güclüpartlayış qeydə alınıb. Tankerin kapitan körpüsündə zədələryaranıb. Həmçinin bildirilib ki, gəminin motorxanasına su sızmağabaşlayıb.

PUA-nın dəydiyi tanker SOS siqnalı verdikdən sonra hadisə yerinəSahil mühafizə xidmətinin xilasediciləri və bu kimi hallar üçünnəzərdə tutulmuş geniş imkanlara malik “Nene Hatun” təcili müdaxiləgəmisi göndərilib.

Gəmidə müdaxilə işləri davam edərkən, hadisənin planlaşdırılmışhücum olub-olmaması ilə bağlı səlahiyyətli qurumlar tərəfindənhələlik açıqlama verilməyib.

Heyət üzvlərindən xəsarət alan olmayıb.

Məqalədə:
Chosen
55
2
az.trend.az

3Sources