EN

İsraildə YÜKSƏK VƏZİFƏLİ ŞƏXS İSTEFA VERDİ

İsrail Baş nazirinin mətbuat katibi Ziv Aqmon sərt açıqlamalarına görə ünvanına yönələn tənqidlər fonunda istefa verir.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Məlumata görə, Aqmonun istefasına səbəb onun Mizrahi yəhudiləri ilə bağlı səsləndirdiyi irqçi fikirlər və Baş nazir haqqında tənqidi açıqlamaların üzə çıxması olub.

Ziv Aqmon bildirib ki, yayılan sitatlar doğrudur, lakin kontekstdən çıxarılıb:

“Bu ifadələr şəxsi söhbətlərdən götürülüb və əksəriyyəti vəzifəyə başlamazdan əvvəl səsləndirilib. Məqsəd mənə qarşı kampaniya aparmaq və Baş nazirə zərər vurmaqdır”, – deyə o qeyd edib.

O, həmçinin bildirib ki, bu fikirlər onun dəyərlərini əks etdirmir və irqçilik ittihamlarını rədd edib.

Aqmon əlavə edib ki, yaranmış ictimai müzakirələr fonunda vəzifəsini davam etdirməyin məqsədəuyğun olmadığını hesab edərək istefa vermək qərarına gəlib.

Chosen
23
9
konkret.az

10Sources