EN

İran XİN başçısı Hörmüz boğazını bəzi ölkələr üçün açdıqlarını bildirib

"İran dost hesab etdiyi ölkələrin gəmilərinə Hörmüz boğazından keçid hüququ verib".

News365.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.

"Biz dost hesab etdiyimiz bir neçə ölkəyə, məsələn, Rusiya, Hindistan, İraq, Çin və Pakistana Hörmüz boğazından keçid icazəsi verdik. Düşmənlərimizin boğazdan istifadə etməsinə imkan verməkdə isə məna görmürük ", - deyə A.Əraqçı vurğulayıb.

Chosen
18
1
news365.az

2Sources