EN

DÇ 2026: Qardaş ölkə yarımfinalda Rumınlarla üzləşəcək

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinə bu gün start veriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, A, B, C və D yolunda ümumilikdə səkkiz oyun keçiriləcək.

Türkiyə millisi İstanbulda Rumıniya seçməsi ilə üz-üzə gələcək. "Beşiktaş Park" stadionunda təşkil edəcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. Həlledici görüşlər martın 31-də baş tutacaq.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Yarımfinal

A yolu

23:45. İtaliya - Şimali İrlandiya

23.45. Uels - Bosniya və Herseqovina

B yolu

23:45. Ukrayna - İsveç

24:45. Polşa - Albaniya

C yolu

21:00. Türkiyə - Rumıniya

23:45. Slovakiya - Kosovo

D yolu

23:45. Danimarka - Şimali Makedoniya

23:45. Çexiya - İrlandiya

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meydan sahibləri - ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
6
bakivaxti.az

10Sources