Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Almaniya müdafiə naziri Boris Pistorius hesab edir ki, Avropanın ABŞ-la əməkdaşlığı davam etdirməsi vacibdir, lakin eyni zamanda “getdikcə daha çox öz qüvvələrimizə arxalanmalı” və Şimali Atlantika Alyansını “daha çox Avropa yönümlü” etməliyik.
Bizimyol.info xəbər verir ki, bu bəyanatı o, Avstraliyanın Kannberra şəhərində Milli Mətbuat Klubunda çıxışı zamanı verib.
“Bir tərəfdən, strateji baxımdan ABŞ-ın iştirakını qorumaq bizim üçün vacibdir. Yaxın gələcəkdə onların nüvə çətiri effektiv qarşısınıalma üçün əvəzolunmaz qalacaq. Digər tərəfdən, getdikcə daha çox öz qüvvələrimizə arxalanmalıyıq. Amerikalı müttəfiqlərimiz NATO-nun Avropa rəhbərliyi altında fəaliyyət göstərməsini istəyir və biz artıq addımlar atırıq və daha Avropa yönümlü alyans formalaşdırmaq üçün bu addımları davam etdirəcəyik — belə alyansda adi qarşısınıalma və müdafiənin əsas yükü Avropalılara düşəcək”, — deyə Pistorius bildirib.
O, həmçinin Avstraliya və Almaniya kimi dövlətlər arasında əməkdaşlığın gücləndirilməsini vurğulayıb, qlobal nizamın böhranını futbol oyunu ilə müqayisə edib: “Əgər oyunun ortasında qaydaları dəyişsək, oyun dağılır. Eyni şey qlobal nizamda baş verir. Böyük dövlətlər arasında rəqabət şəraitində məhz biz, orta səviyyəli ölkələr, məsələn Avstraliya və Almaniya, beynəlxalq nizamın əsas prinsiplərini qorumaq məsuliyyətini daşıyırıq. Avropada, Qərb yarımkürəsində, Afrikada və Hind-Sakit okean regionunda orta səviyyəli ölkələr beynəlxalq siyasətin qaydalarını və prinsiplərini qorumaqda vacib rol oynaya bilərlər və oynamalıdırlar”, — deyə o əlavə edib.
Pistorius martın 26-da Avstraliyaya səfər edib. Səfər zamanı o, Avstraliya müdafiə naziri Riçard Marlzlə birgə hərbi qulluqçuların qarşılıqlı fəaliyyətini asanlaşdıran silahlı qüvvələrin statusu barədə razılaşma imzalayıb, həmçinin müdafiə sənayesi və kosmik sahədə əməkdaşlıq niyyətini bildirən məktubları mübadilə ediblər.
Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.