EN

"Politico": Vens 7-8 apreldə Macarıstana səfər etməyi planlaşdırır

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Avropa ölkəsində keçiriləcək parlament seçkilərindən əvvəl 7-8 aprel tarixlərində Macarıstana səfər etməyi planlaşdırır.

"Far.Az" xəbər verir ki, bu barədə "Politico" Dövlət Departamentinin sənədinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Vensin Budapeştə səfəri hazırkı ABŞ administrasiyasının Macarıstanın Baş naziri Viktor Orbana dəstəyini nümayiş etdirmək məqsədi daşıyır.

ABŞ Prezidenti Donald Tramp əvvəllər Orbana dəstəyini bildirmişdi.

Macarıstanda parlament seçkiləri aprelin 12-nə təyin edilib. Hakim "Fidesz-Macarıstan Vətəndaş Birliyi" partiyası Aİ-nin üstünlük verdiyi namizəd olan müxalifətdəki "Tisza" partiyası ilə mübarizə aparır.

Chosen
46
3
far.az

6Sources