EN

Arbeloa futbolçuları üçün ofisiantlıq edir

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa komandası üçün yeni ritual tətbiq edib.

Oxu.Az xəbər verir ki, "The Touchline" bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilir ki, mütəxəssis qələbə ilə başa çatan matçlardan sonra futbolçulara səhər yeməyi qonaqlığı verir. Mənbənin məlumatına görə, qələbədən sonrakı səhər 43 yaşlı mütəxəssis əlində sinini tutaraq hər bir oyunçuya yaxınlaşır və ofisiant rolunu ifa edir.

Bu yanaşma motivasiyanı artırmaq və paltardəyişmə otağında müsbət ab-havanı qorumaq məqsədi daşıyır. Məşqçi, həmçinin bu cür qeyri-rəsmi ənənələr vasitəsilə diqqəti kollektivin birliyinə yönəldir.

Xatırladaq ki, A.Arbeloa 2026-cı ilin yanvarında Xabi Alonsonun istefasından sonra komandanın sükanı arxasına keçib. İspaniyalı mütəxəssisin rəhbərliyi altında komanda 13 qələbə qazanıb və dörd məğlubiyyətlə üzləşib. Mütəxəssisin Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
49
oxu.az

1Sources