EN

55 min kişini illərlə araşdırdılar Ata olmaq şansını azaldırmış

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Oksford Universitetinin alimləri nadir hallarda baş verən eyakulyasiyanın hamiləlik şansını artırması ilə bağlı geniş yayılmış fikrin yanlış olduğunu üzə çıxarıblar. Tədqiqatlar göstərir ki, spermanın orqanizmdə uzun müddət qalması spermatozoidlərin bioloji aşınmasına səbəb olur. Bu isə gələcək nəslin sağlamlığı üçün müəyyən risklər yaradır."Proceedings of the Royal Society B" jurnalında dərc olunan nəticələr 55 minə yaxın kişinin iştirak etdiyi 115 elmi işin təhlilinə əsaslanır. Məlum olub ki, insanın yaşından asılı olmayaraq, spermatozoidlər bədəndə qaldığı müddətdə öz keyfiyyətini tədricən itirir. Oxşar vəziyyət heyvanlar üzərində aparılan 56 fərqli araşdırmada da təsdiqlənib.Ümumdünya Səhiyyə Təşkilatı hazırda analiz və ya süni mayalanma öncəsi kişilərə iki gündən yeddi günədək cinsi pəhriz saxlamağı tövsiyə edir. Lakin alimlər bildirirlər ki, bu qaydalar vaxtilə spermatozoidlərin keyfiyyətini yox, sadəcə sayını artırmaq üçün hazırlanıb. Reallıqda isə zaman keçdikcə bu hüceyrələrdə bərpası mümkün olmayan zədələnmələr baş verir.Spermatozoidlər yüksək metabolik aktivliyə malik olsalar da, onların enerji ehtiyatı məhduddur. Uzun müddət gözləyən hüceyrələr oksigenin aktiv formalarına qarşı müdafiəsiz qalır. Nəticədə DNT strukturu və hüceyrə membranları zərər görür. Bu hal təkcə insanlarda deyil, bəzi balıq və həşərat növlərində də mayalanma ehtimalını aşağı salır.

Alimlər hamiləlik planlaşdıran cütlüklərə və həkimlərə tövsiyə edirlər ki, əsas diqqət hüceyrələrin sayına deyil, məhz keyfiyyətinə ayrılmalıdır. Uzunmüddətli pəhriz spermanın xüsusiyyətlərini pisləşdirdiyi üçün bu yanaşmaya yenidən baxılması zəruridir.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
demokrat.az

1Sources