EN

Orban: Macarıstan Ukraynanın təzyiqlərinə boyun əyməyəcək

BAKI, 26 mart. TELEQRAF

Macarıstanın baş naziri Viktor Orban Ukraynanı “terrorçu dövlət” adlandırıb və Budapeştin bu ölkənin təzyiqlərinə boyun əyməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu fikirləri Esterqom şəhərində keçirilən seçkiqabağı tədbirdə səsləndirib.

Orban iddia edib ki, Kiyev “Şimal axını” qaz kəmərlərinin partladılmasında, Rusiyadan Macarıstana qaz tranzitinin dayandırılmasında və neft blokadasında iştirak edib.

“Bu, terrorçu dövlətdir. Sual budur ki, biz terrora boyun əyəcəyikmi? Cavabımız - yox”, - deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, Orban daha əvvəl də Macarıstanın nə Ukrayna, nə də Brüssel tərəfindən şantaj edilə bilməyəcəyini bildirmişdi.

Chosen
75
teleqraf.com

1Sources