EN

Kim Çen In Pxenyanda Lukaşenko ilə görüşüb

Bakı, 26 mart, AZƏRTAC

Şimali Koreya lideri Kim Çen In və Belarus Prezidenti Aleksandr Lukaşenko Pxenyanda görüş keçiriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə KCNA məlumat yayıb.

Belarus lideri səmimi qonaqpərvərliyə görə KXDR hökumətinə və xalqına minnətdarlığını bildirib.

Lukaşenko martın 25-də KXDR-ə rəsmi səfərə gəlib.

 

Chosen
82
4
azertag.az

7Sources