EN

Tramp müharibədən çıxış axtarır: "İranın raket və dron üstünlüyü oyunu dəyişdi"

ABŞ və İsrail İranla müharibəyə tam koordinasiya şəraitində daxil olsalar da, artıq Vaşinqtonda bu qarşıdurmadan çıxış yolları müzakirə olunur.

Musavat.com xəbər verir ki, The Times nəşrinin məlumatına görə, Donald Tramp və onun ətrafı müharibənin tezliklə bitməsi variantlarını nəzərdən keçirir. Lakin ABŞ tərəfi İsrailin Baş naziri Benjamin Netanyahu hökumətinin tələblərini də nəzərə almağa məcburdur və bu, qərarvermə prosesini çətinləşdirir.

Fransanın CNEWS telekanalında çıxış edən geosiyasi ekspert Alexandre del Valle isə bildirib ki, münaqişənin gedişində əsas dönüş nöqtəsi İranın gözləniləndən daha böyük raket və pilotsuz aparat arsenalına malik olmasıdır.

Onun sözlərinə görə, Tehran uzunmüddətli qarşıdurmaya hazırdır və genişmiqyaslı hücum imkanlarını qoruyub saxlayır. Ekspert qeyd edib ki, İran yalnız hücum potensialını artırmaqla kifayətlənmir, eyni zamanda İsrail və region ölkələrinin hava hücumundan müdafiə sistemlərinə qarşı effektiv təsir göstərmək qabiliyyətinə malikdir.

Del Valle vurğulayıb ki, müharibənin uzanması fonunda İsrailin hava müdafiə ehtiyatları sürətlə azalır və bu faktor strateji balansı dəyişir.

 


Musavat.com

Chosen
27
50
musavat.com

10Sources