EN

Estoniyaya Rusiya hava məkanından daxil olan dron elektrik stansiyasına düşüb

Estoniyaya Rusiya hava məkanından daxil olan dron elektrik stansiyasına düşüb

Rusiya hava məkanından gələn pilotsuz uçuş aparatlarının (PUA) Estoniya və Latviyada düşdüyü, onlardan birinin Estoniyadakı Auvere elektrik stansiyasının damına çırpıldığı bildirilib.

AFN.az xəbər verir ki, Estoniya ictimai yayımçısı ERR-in məlumatına görə, hadisə səhər erkən saatlarda İda-Viru bölgəsində baş verib.

Hadisənin əsas detalları barədə məlumatda qeyd edilib ki, dron Auvere elektrik stansiyasının damındakı bacaya çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb və enerji infrastrukturuna ciddi ziyan dəyməyib. Prokurorluq ilkin rəyində dronun məhz bu stansiyanı və ya ümumilikdə Estoniyanı hədəf almadığını ehtimal edir.

Latviyada isə Rusiya istiqamətindən gələn digər bir dron Kraslava bölgəsindəki Dobrosina kəndi yaxınlığında düşüb. Latviya Müdafiə Nazirliyi ərazidə dron qalıqlarının tapıldığını və mülki əhali üçün təhlükə olmadığını açıqlayıb. Xatırladaq ki, martın 23-də Litvanın Varena bölgəsinə də bir dron düşmüşdü.

Estoniyanın ədliyyə naziri Liisa-Ly Pakosta hökumətin məsələ ilə bağlı təcili iclas keçirəcəyini bildirib. "Enefit Power" enerji şirkəti isə stansiyanın işində fasilə yaranmadığını və ölkənin elektrik sisteminə mənfi təsir göstərmədiyini qeyd edib.

Chosen
37
afn.az

1Sources