EN

Yunanlar Bakıya göndərildi

Azərbaycanın U-21 millisinin Avro-2027-nin seçmə mərhələsində Bakıda Portuqaliya ilə keçiriləcək oyununun hakim təyinatları açıqlanıb.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, B qrupunun 8-ci turunda oynanılacaq qarşılaşmanın baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq.

Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandros Katsikogiannis yerinə yetirəcək.

Martın 27-də "Palms Sport Arena"da keçiriləcək oyuna saat 15:00-da start veriləcək.

Chosen
37
sportinfo.az

1Sources