Türkiyənin Antalya şəhərində keçirilən Parataekvondo üzrə Türkiyə Açıq Beynəlxalq Turnirində parataekvondoçumuz İmaməddin Xəlilov bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, K44 kateqoriyasında 70 kq çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız 1/8 finalda İvan Ovcharov (Rusiya), 1/4 finalda isə Mehmet Ünal (Türkiyə) üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.
Yarımfinaladək irəliləyən idmançımız Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran beynəlxalq turniri bürünc medalla başa vurub.
Taekvondoçularımız “Türkiye Open”də iştirak edəcək
Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTO
İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib
Taekvondoçularımız "Moldova Open"də 7 medal qazanıblar
Azərbaycanın taekvondo millisi Özbəkistandakı təlim-məşq toplanışını başa vurub