EN

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

"İran Silahlı Qüvvələri Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib".

Bizim.Media "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfəqari deyib.
 

"Regionda bütün ABŞ bazaları məhv edildiyindən, amerikalı komandirlər və əsgərlər qaçaraq bazalardan kənardakı sığınacaqlarda gizləniblər və biz onları axtarırıq", - deyə o bildirib.


İ.Zülfəqari, həmçinin Yaxın Şərq bölgəsinin bütün sakinlərini ABŞ hərbçilərinin gizləndiyi yerlər barədə məlumat verməyə, habelə "öz təhlükəsizlikləri üçün onların qovulmasını tələb etməyə" çağırıb.

Bizim.Media

Chosen
32
2
bizim.media

3Sources