EN

Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

Mən Bakıya ilk dəfə 1970-ci ildə gəlmişdim. Bu, çox uzun zaman əvvəl olub. İndi şəhərə yenidən baxanda demək olar ki, onu tanımıram. O illərdən yaddaşıma ən çox həkk olunan isə neft qoxusudur.

“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “NomadMania” klubunun illik toplantısında iştirak edən fransız səyyah Andre Brugiroux bildirib.

Uzun illər əvvəl Qarabağa və Naxçıvana səfər etmək istəsə də, buna imkan tapmadığını diqqətə çatdıran səyyah deyib: “Həmin vaxt Ermənistandan Qarabağa və Naxçıvana getmək istəyirdim, lakin icazə verilmədi. İndi isə hər iki bölgəyə səfər etmək imkanı yaranıb və bu, məni çox sevindirir”.

Chosen
17
4
ikisahil.az

5Sources