EN

Salah Messinin yanına gedə bilər

“İnter Mayami” bu yay “Liverpul”u tərk edəcək Muhammed Salaha müqavilə təklif etmək niyyətindədir.

Msport.az xəbər verir ki, “The İndependent” nəşri bu barədə məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu transferi yalnız bir məsələ əngəlləyə bilər – o da MLS-də maaş limitinin olmasıdır. Hər klub öz heyətinə maaşı nəzərə alınmayan yalnız 3 futbolçu daxil edə bilər.

“İnter Mayami”də bütün limitli yerlər hazırda doludur. Salahın gəlişinə görə klub liderlərindən biri ilə vidalaşmalıdır.

Misir millisinin üzvünü Səudiyyə Ərəbistanın “Əl Hilal” klubu da istəyir.

Chosen
22
msport.az

1Sources