EN

Ən böyük haker platformalarından birinin administratoru həbs edildi

ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ən böyük haker platformalarından biri olan "LeakBase"in administratoru Rusiyanın Taqanroq şəhərində saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından "TASS"a məlumat daxil olub.

Məlumata görə, Taqanroq polisi ən böyük beynəlxalq haker platformalarından biri olan "LeakBase"i yaratmaqda və idarə etməkdə şübhəli bilinən yerli sakini saxlayıb.

Müstəntiqlərin sözlərinə görə, platforma bir neçə il fəaliyyət göstərib və oğurlanmış şəxsi məlumatların ticarəti üçün istifadə edilib.

Forumda məlumat alıb-satmaq, eləcə də saxtakarlıq sxemləri üçün istifadə etmək imkanı olan 147 mindən çox qeydiyyatdan keçmiş istifadəçi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
1
hurriyyet.az

2Sources