ain.az, Moderator.az saytına istinadən bildirir.
III qrup əlilliyi olan şəxsin sürücülük vəsiqəsi alması pensiyaya təsir edə bilərmi?
III qrup əlilliyi olan şəxsin sürücülük vəsiqəsi alması bəzi hallarda onun pensiyasına təsir göstərə bilər. Bu, əsasən əlilliyin səbəbindən asılıdır.
Moderator.az xəbər verir ki,mütəxəssislərin bildirdiyinə görə, əgər şəxs görmə qabiliyyəti ilə bağlı əlillik daşıyırsa və ya avtomobil idarə etməyə mane olan sağlamlıq problemi varsa, bu halda sürücülük vəsiqəsi alması sual doğura bilər.
Belə vəziyyətlərdə aidiyyəti qurum – reabilitasiya ilə məşğul olan dövlət orqanı – məsələni araşdıra və uyğun qərar verə bilər. Əgər müəyyən olunarsa ki, şəxs faktiki olaraq avtomobil idarə edə bilir və bu, onun əlillik statusu ilə ziddiyyət təşkil edir, həmin statusa yenidən baxıla bilər. /oxu24.com/
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.