EN

“Milan” Rafael Leao barədə qərar verdi

"Milan" Rafael Leau ilə yeni müqavilə barədə danışıqları dayandırıb.

Bizim.Media xəbər verir ki, buna səbəb portuqaliyalı vingerin bu mövsüm göstərdiyi performans və davranışlarıdır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
 

A Seriyası nəhənginin rəhbərliyi Leau ilə yeni sözləşmə imzalamağın məqsədəuyğun olmadığını düşünür. 26 yaşlı futbolçunun yayda komandadan ayrıla biləcəyi ehtimalı da istisna edilmir.


Klub bunun fonunda hücum xəttini gücləndirmək üçün variantları nəzərdən keçirməyə başlayıb. Namizədlərdən biri "Bolonya"nın hücumçusu Santyaqo Kastrodur.

Qeyd edək ki, "Milan" Rafael Leaunu 2019-cu ilin yayında "Lill"dən 49,5 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü cari mövsümdə "rossonerilər"in heyətində meydana çıxdığı 24 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
5
2
bizim.media

3Sources