EN

Kazemiro və Mançester Yunayted müqavilə bəndindən imtina edib

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Yunayted"in təcrübəli yarımmüdafiəçisi Kazemiro ilə klub rəhbərliyi arasında maraqlı razılaşma əldə olunub.

Fanat.Az xəbər verir ki, "Manchester Evening News"un yaydığı məlumata görə, tərəflər braziliyalının müqaviləsindəki avtomatik uzadılma bəndini ləğv etmək qərarına gəliblər.

Həmin bəndə əsasən, futbolçu mövsümün qalan bütün oyunlarında meydana çıxardısa, sözləşməsi avtomatik olaraq 1 il müddətinə uzanmalı idi.

Klub rəhbərliyi bu bəndin işə düşməməsi üçün baş məşqçinin Kazemironu süni şəkildə ehtiyatda saxlamasını istəmədiyi üçün belə bir addım atıb.

Bu qərar futbolçunun komandada daha rahat çıxış etməsinə şərait yaradacaq.

Beləliklə, Kazemironun gələcəyi ilə bağlı qərar mövsümün sonunda müqavilə şərtlərindən asılı olmayaraq veriləcək.

AbunÉ™ Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
1
fanat.az

2Sources