EN

İşdə yorulmamaq üçün qəhvə əvəzinə bunu için

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Ənənəvi kofe və çaydan başqa bəzi içkilər də gümrahlığı artırmaq və iş prosesində diqqəti toplamaq üçün effektiv vasitə sayıla bilər".Demokrat.az xəbər verir ki, dietoloq, tibb elmləri namizədi Darya Rusakova "Moskva 24" nəşrinə müsahibəsində bu məqsədlə istifadə oluna biləcək alternativləri sadalayıb.Həkimin sözlərinə görə, təbii tozdan hazırlanan kakao beyin üçün ən faydalı içkilərdən biridir. Tərkibindəki flavanollar beynin qan dövranını yaxşılaşdırır, eyni zamanda dopamin ifrazını stimullaşdıraraq əhval-ruhiyyəni və məhsuldarlığı artırır. İş günü ərzində dözümlülüyü qorumaq üçün mate çayı da tövsiyə olunur. Bu içki mərkəzi sinir sistemini yumşaq şəkildə stimullaşdıran bioloji aktiv birləşmələrlə zəngindir və fiziki, emosional gərginliyə qarşı bədənin müqavimətini yüksəldir.Bundan əlavə, tərkibində jenşen olan içkilər yaddaşı və konsentrasiyanı gücləndirməyə, stres səviyyəsini azaltmağa kömək edir.Harvard İctimai Səhiyyə Məktəbinin və digər beynəlxalq mərkəzlərin araşdırmaları da göstərir ki, kofe və çayın müntəzəm, lakin qədərində qəbulu yaşla bağlı yaddaş zəifliyi və demensiya riskini azaldır. 131 mindən çox insanın iştirak etdiyi uzunmüddətli tədqiqatlar bu içkilərin koqnitiv funksiyaların qorunmasında mühüm rol oynadığını təsdiqləyib.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
55
demokrat.az

1Sources