EN

"Mançester Yunayted" İngiltərə millisinin üzvü ilə müqavilə imzalayacaq

"Mançester Yunayted" Kobbi Meynunun müqaviləsinin müddətini uzatmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi ingiltərəli yarımmüdafiəçi ilə yeni sözləşmə üçün razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Yaxın günlərdə 20 yaşlı futbolçu 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq. Gənc oyunçu ilə hazırkı anlaşma 2027-ci ilin 30 iyun tarixinə kimidir.

Qeyd edək ki, Kobbi Meynu "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 3 qol ötürməsi edib.

saytlarin hazirlanmasi

Chosen
38
1
sportal.az

2Sources