EN

Səlim Müslümovun əmlakı hərraca çıxarıldı - SATIŞ QİYMƏTİ

Hazırda şərti cəza çəkən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Bakının mərkəzində yerləşən müsadirə edilmiş obyekti satılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 450 min manata hərraca çıxarılan qeyri-yaşayış sahəsini 600 min manata alıblar.

Səbail rayonunun Azadlıq prospektindəki həmin obyekt 50, 6 kv.metr ərazidə yerləşir.

İcra məmuru əmlakı ilk hərracda satıb.

Chosen
12
15
aznews.az

10Sources