EN

Milan dan Rafael Leau qərarı

Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Milan" Rafael Leau ilə yeni müqavilə barədə danışıqları dayandırıb.

Sportal.az xəbər verir ki, buna səbəb portuqaliyalı vingerin bu mövsüm göstərdiyi performans və davranışlarıdır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

A Seriyası nəhənginin rəhbərliyi Leau ilə yeni sözləşmə imzalamağın məqsədəuyğun olmadığını düşünür. 26 yaşlı futbolçunun yayda komandadan ayrıla biləcəyi ehtimalı da istisna edilmir.

Klub bunun fonunda hücum xəttini gücləndirmək üçün variantları nəzərdən keçirməyə başlayıb. Namizədlərdən biri "Bolonya"nın hücumçusu Santyaqo Kastrodur.

Qeyd edək ki, "Milan" Rafael Leaunu 2019-cu ilin yayında "Lill"dən 49,5 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü cari mövsümdə "rossonerilər"in heyətində meydana çıxdığı 24 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
2
sportal.az

3Sources