EN

Azərbaycanın bu məmulat üzrə ixracından gəliri 32%-ə yaxın artdı

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan 14 milyon 826.05 min ABŞ dolları dəyərində 11 min 259.32 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 3 milyon 743.09 min ABŞ dolları (31.85%) çox, miqdar baxımından isə 96.78 ton (0.82%) azdır.

Chosen
30
2
publika.az

3Sources