EN

Ölümü müzakirə etmək üçün görüşürlər: "Ölüm Qəhvəsi" trendi

Dünyada getdikcə geniş yayılan “Ölüm qəhvəsi" görüşləri insanların ölüm haqqında açıq və səmimi şəkildə danışmasına şərait yaradaraq bu mövzu ətrafındakı tabuları aradan qaldırmağı hədəfləyir.

Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın müxtəlif bölgələrində insanlar çay və şirniyyat süfrəsi ətrafında toplaşaraq ölüm barədə söhbətlər aparırlar.

“Ölüm qəhvə” adlandırılan bu görüşlərin əsas məqsədi ölüm mövzusunu daha az tabu halına gətirməkdir.

Bu konsepsiya ilk dəfə 2011-ci ildə Londonda yaranıb. Həmin vaxtdan etibarən sürətlə yayılan bu təşəbbüs bu gün dünyanın bir çox ölkəsində təşkil olunur. Təkcə ABŞ-də 11 mindən çox belə qrupun qeydiyyatdan keçdiyi bildirilir.

Görüşlər zamanı iştirakçılar əvvəlcə özlərini təqdim edir və bu toplantıya qoşulma səbəblərini bölüşürlər. Daha sonra müzakirələr ölüm, fanilik və dəfn seçimləri kimi mövzular ətrafında davam edir.

Xüsusilə vurğulanır ki, “Ölüm kafesi” nə yas qrupu, nə də terapiya seansı deyil. Eyni zamanda bu görüşlərin dini və ya spiritual məqsəd daşımadığı da qeyd olunur.

“Ölüm məsləhətçisi” Leija bildirir ki, ölüm haqqında danışmaq insanlara həyatın dəyərini daha dərindən anlamağa kömək edir.

Onun sözlərinə görə, “İnsanlar "yalnız bir dəfə yaşayırsan" deyir, amma mən "yalnız bir dəfə ölürsən, hər gün yaşayırsan" deməyi üstün tuturam”.

Leija hesab edir ki, bu cür söhbətlər insanların həyatı daha şüurlu və dəyərli şəkildə yaşamasına töhfə verir. /Cebheinfo.az/

Chosen
6
2
turkustan.az

3Sources