EN

Sumqayıtda dəhşətəgətirən hadisə: Qollarından tutub bıçaqladılar – VİDEO

Sumqayıtda mübahisə qanla nəticələnib. Hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 31 yaşlı Vasif Məmmədov münaqişə zəminində 26 yaşlı Vüqar Nəcəfova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

 

Zərərçəkənin qardaşı İlqar Nəcəfov hadisənin detalları barədə danışıb. Onun sözlərinə görə, hadisə əvvəlcədən planlaşdırılıb:

“Qardaşım narkozdan ayılandan sonra dedi ki, ona üç nəfər hücum edib. Əvvəlcə onu hadisə yerinə çağırıblar, daha sonra iki nəfər tutub, biri isə bıçaqlayıb. Dörd bıçaq xəsarəti alıb. Bir gün əvvəl aralarında mübahisə olub, sonra isə qardaşıma dəfələrlə zəng ediblər. Hadisə planlı şəkildə törədilib, qardaşımı öldürmək üçün oraya çağırıblar”.

Hazırda Vüqar Nəcəfovun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
17
2
editor.az

3Sources