EN

Macarıstanın Xarici Dillər Ədəbiyyatı Muzeyində Azərbaycan guşəsi yaradılıb (FOTO)

Bakı. Trend:

24 mart tarixində Macarıstan Mədəniyyət və İnnovasiyalarNazirliyinin tabeliyindəki Macarıstan Milli Muzeyinin nəzdindəfəaliyyət göstərən Xarici Dillər Milli Kitabxanasında Azərbaycankitabı guşəsinin açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, bubarədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Macarıstan dövlət qurumlarının rəsmiləri, elmi-mədəni dairələr,yerli KİV təmsilçiləri, gənclər və icma təşkilatları üzvlərininiştirakı ilə baş tutmuş mərasimdə Macarıstan Milli Muzeyinin Başdirektoru David Rozsa, Macarıstanda səfərdə olan Azərbaycan MilliKitabxanasının direktoru, professor Kərim Tahirov, bu ölkədəkisəfirimiz Tahir Tağızadə, habelə Macarıstan Mədəniyyət vəİnnovasiyalar Nazirliyində mədəni tərəqqi və elm diplomatiyası üzrədövlət katibinin müavinləri çıxış ediblər.

Çıxışçılar tərəfindən tədbir iştirakçılarına Azərbaycan iləMacarıstan arasında elm, təhsil və mədəniyyət sahələrindəəlaqələrin hazırkı inkişafı, bu istiqamətdə həyata keçirilənlayihələr, o cümlədən Azərbaycan Milli Kitabxanası ilə MacarıstanMilli Muzeyi arasında xeyli müddətdir davam edən fəal əməkdaşlıq,Macarıstanın Xarici Dillər Milli Kitabxanasında yeni qurulmuşAzərbaycan kitabları guşəsinin əhəmiyyəti və bu kimi təşəbbüslərinelmi-mədəni əlaqələrimizin ikişafına töhfələri barədə məlumatveriblər.

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən UluÖndər Heydər Əliyevin həyat yolu və fəaliyyəti, Prezident İlhamƏliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq aləmdə nüfuzludövlət kimi möhkəmlənməsi, Vətən müharibəsindəki şanlı qələbəmiz,“Böyük qayıdış” layihəsi, habelə ölkəmizin qədim tarixi və zənginmədəni irsindən bəhs edən çoxsaylı kitab və nəşr MacarıstanınXarici Dillər Milli Kitabxanasına ianə edilib və burada yaradılmışAzərbaycan guşəsində yerləşdirilib.

Macarıstanın
Macarıstanın
Macarıstanın
Macarıstanın
Macarıstanın
Macarıstanın
Macarıstanın
Chosen
21
6
az.trend.az

7Sources