EN

“NomadMania”nın təsisçisi səyahətçilərin Qarabağ səfərindən danışıb

Bakı.Trend:

Hazırda burada 30-dan artıq ölkədən nümayəndələr iştirak edir.Mövcud qlobal geosiyasi vəziyyəti nəzərə alsaq, bu, sözün həqiqimənasında möcüzədir.

Trend xəbər verirki, bu fikirləri bu gün “NomadMania”nın təsisçisi Hari Mitsidis“NomadMania” klubunun illik toplantısında çıxışında deyib.

Hari Mitsidis səyahətçilərin Qarabağ səfərinin proqramını daaçıqlayıb və o, “NomadMania”nın mənasından danışıb:

“Nomad Mania 2012-ci ildə yaradılıb. Həmin vaxt “The BestTravelled” adı ilə tanınırdı. Bəzi insanlar düşünür ki, Nomad Maniayalnız səyahət siyahıları və statistikadan ibarətdir. Müəyyəndərəcədə bu doğrudur, çünki fəaliyyətinə məhz bu cür başlayıb.Bizim dünyanı müxtəlif regionlara bölən maraqlı siyahılarımız var.Yaxın vaxtlara qədər 1301 region mövcud idi, lakin son bir ayərzində bu say artırılır və ehtimal ki, ümumi say 1380 ətrafındaolacaq”.

O qeyd edib ki, bu, “NomadMania” nın fəaliyyətinin yalnız kiçikbir hissəsidir: “Bizim çox fəal və ildən-ilə böyüyən bir icmamızvar. Hazırda üzvlərin sayı 55 minə yaxındır. Qeyd edək ki, buplatformaya qoşulmaq o qədər də asan deyil – profil yaratmaq və onudoldurmaq üçün vaxt sərf etmək lazımdır. Bu baxımdan “Facebook” vəya “Instagram” kimi sadə qeydiyyatlı platformalardan fərqlənir.

“NomadMania”nı unikal edən digər məqam layihələridir. Bulayihələr səyahətlər zamanı görülə biləcək 60-dan çox tematiksiyahını əhatə edir. Məsələn, akvariumlar, hərbi muzeylər, həmçinin“Bizarium” və “Dark Side” kimi mövzular. Bütün bu obyektlərxəritədə göstərilir və istifadəçilər istədikləri istiqamət üzrəseçim edə bilirlər”.

Hari Mitsidis qeyd edib ki, səyahət təqaüdləri klub üçün çoxönəmlidir:

“Məqsədimiz heç vaxt ölkəsindən kənara çıxmamış gənclərə ilksəyahət imkanını yaratmaqdır. Ukrayna, Ruanda və son olaraqPakistandan olan iştirakçılar bu imkandan yararlanıblar. Növbətiiştirakçılar Burundi və Malavidən olan iki gənc qadındır”.

Chosen
34
az.trend.az

1Sources