U-21 millimizin AÇ-2027-nin seçmə mərhələsində Bakıda Portuqaliya ilə keçiriləcək oyununun hakim təyinatları açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, B qrupunun 8-ci turunda oynanılacaq qarşılaşmanın baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq.
Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandros Katsikogiannis yerinə yetirəcək.
Martın 27-də "Palms Sport Arena"da keçiriləcək oyuna saat 15.00-da start veriləcək.