EN

Cənubi Qafqazda davamlı sülhün təmini regional kommunikasiyaları gücləndirəcək - Kurtulmuş

Cənubi Qafqazda davamlı sülhün təmin olunması regional kommunikasiyaları əhəmiyyətli dərəcədə gücləndirəcək.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xorvatiyada keçirilən beynəlxalq tədbirdə deyib.

N.Kurtulmuş bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycanla Ermənistan arasında irəliləyişin əldə olunması məmnunluq doğurur.

TBMM sədri Yaxın Şərqdəki vəziyyətə toxunaraq qeyd edib ki, hazırkı proseslər regionda sabitliyi pozmaqla yanaşı, həm də Avropanın təhlükəsizliyinə, iqtisadiyyatına mənfi təsir göstərir.

Chosen
31
5
missiya.az

6Sources