“Bütün günü evdə oluram, çox halsızam. Bayramı da belə vəziyyətdə keçirmişəm. Artıq yaş öz sözünü deyir”.
Bizim.Media xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Ofeliya Sənani deyib.
O bildirib ki, son günlər səhhəti ilə bağlı narahatlığı artıb:
“Bayramda da evdə oldum, övladlarım gəlib mənə baş çəkdi. Səhhətim bayram ab-havasında olmağa imkan vermir. Evin içində azca gəzən kimi başım fırlanır, tez gəlib divanda əyləşirəm. Bu yaşdan sonra düzələcəyimə gümanım yoxdur. Bundan sonra nə irəliləyiş olacaq ki... Qan təzyiqim tez-tez düşür, daha mənə heç bir iynə, dərman kömək etmir”.
Xatırladaq ki, 84 yaşlı Xalq artistinə bir müddət əvvəl infarkt diaqnozu qoyulmuşdu.
Bizim.Media