sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Barselona", yayda müdafiə xəttini gücləndirmək üçün "İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoni ilə ciddi şəkildə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Katalonya klubu 26 yaşlı futbolçu üçün 60 milyon avro civarında ödəməyə hazırdır.
Qeyd edək ki, Alessandro Bastonin "İnter"lə mövcud müqaviləsi 2028-ci ilin yayına qədərdir. İtalyalı müdafiəçi bu mövsüm bütün turnirlərdə "qara-mavilər"in heyətində 35 oyuna çıxıb 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.