EN

Moskvaya DƏHŞƏTLİ HÜCUM başladı - Paytaxt merindən TƏCİLİ AÇIQLAMA

Ukraynaya məxsus dronlar növbəti dəfə Moskvanı hədəf alıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya paytaxtının merı Sergey Sobyanin öz sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Merin son bir neçə dəqiqə ərzində yaydığı ardıcıl açıqlamalara görə, Moskvaya yaxınlaşarkən ümumilikdə 8 pilotsuz uçuş aparatı (PUA) vurulub.

İlkin məlumatlara görə, hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət alan yoxdur.

Xatırladaq ki, ötən gecə Ukrayna hərbçiləri Rusiya şəhərlərinə qarşı kütləvi dron hücumu həyata keçirib. Rusiya Müdafiə Nazirliyi həmin hücum zamanı 389 dronun zərərsizləşdirildiyini bəyan edib.

Musavat.com

 

Chosen
11
1
musavat.com

10Sources