Martın 27-də AVRO-2027-nin (U-21) seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - Portuqaliya oyununun hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, B qrupunun 8-ci turunda təşkil olunacaq qarşılaşmanın baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq.
Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandros Katsikogiannis yerinə yetirəcək.
"Palms Sport Arena"da baş tutacaq oyuna saat 15:00-da start veriləcək.
Avropa Liqası: "Aston Villa" və "Selta" növbəti mərhələdə - YENİLƏNİB
KL: "Samsunspor" mübarizəni dayandırdı - YENİLƏNİB
Həftənin futbolçusu adına namizədlər bəlli olub
Osimhenin vəziyyəti bəlli olub - QOLU QIRILIB
ÇL: "Qalatasaray”a “Enfild”də “soyuq duş” - YENİLƏNİB