EN

Rəhmon Özbəkistana səfər edəcək

BAKI, 25 mart. TELEQRAF

Tacikistan Prezidenti Emoməli Rəhmon 26-27 mart tarixlərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Daşkəndə dövlət səfəri edəcək.

Teleqraf xəbər verir ki, səfər çərçivəsində yüksək səviyyəli danışıqlar və Özbəkistan və Tacikistan liderlərinin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın ilk iclası keçiriləcək.

Qarşıdan gələn tədbirlərin gündəliyinə Özbəkistan-Tacikistan dostluğunun və mehriban qonşuluğunun, strateji tərəfdaşlığın və müttəfiqliyin daha da möhkəmləndirilməsi məsələləri daxildir.

Siyasi dialoqun gücləndirilməsinə, ticari-iqtisadi və regionlararası əməkdaşlığın genişləndirilməsinə, sənaye sahəsində əməkdaşlığın və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinə, su və enerji təhlükəsizliyinin təmin edilməsinə və genişmiqyaslı mədəni və humanitar mübadilələrin davam etdirilməsinə xüsusi diqqət yetiriləcək.

Dövlət başçıları beynəlxalq və regional əhəmiyyətli aktual məsələlər, eləcə də çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.

Həmçinin bir sıra yeni birgə layihələrin başlanması və çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş əhəmiyyətli ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.

Chosen
30
teleqraf.com

1Sources