EN

ABŞ ın İrana hücum edən bombardmançı təyyarələrində müəmmalı detallar aşkar edilib

Sherg.az saytına istinadən ain.az xəbər verir.

İrana qarşı əməliyyatda iştirak edən ABŞ-ın B-2 Spirit bombardmançı təyyarələri qanadlarında müəmmalı xüsusiyyətlərlə görünüb.

Sherg.az xəbər verir ki, bu barədə TWZ nəşri yazır.

Nəşr ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən yayımlanan fotolarda B-2 bombardmançı təyyarələrinin qanadlarının ön kənarlarına yapışdırılmış, qara çərçivəli ağ düzbucaqlı elementləri müşahidə edib. Şəkillərdə 17 mart tarixində Missuri ştatındakı Uaytman aviabazasından havaya qalxmağa hazırlaşan və İrana növbəti hava zərbəsi missiyasını yerinə yetirəcək iki “stealth” bombardmançı əks olunub.

Bu düzbucaqlı elementlər qanadın yuxarı və aşağı ön kənarlarına yaxın hissələrdə güzgü kimi simmetrik yerləşir və ehtimal ki, təyyarənin radiolokasiya görünməzliyini maksimum azaltmaq üçün xüsusi izolyasiya lentləri ilə yapışdırılıb.

Bu kvadratlar müəyyən qədər B-2 təyyarələrinin istismarının ilk onilliyində sınaq mərhələsində istifadə edilən test nişanələrini xatırladır.

“Belə elementlərin döyüş missiyasında, üstəlik iki fərqli təyyarədə eyni vaxtda mövcudluğu suallar doğurur. Onların B-2-nin radiolokasiya siqnalını gücləndirərək maskalaması ehtimalı da var, lakin təyyarənin bunu etmək üçün başqa üsulları da mövcuddur. Həmçinin, ABŞ-dan uçuş zamanı B-2-nin niyə aşağı görünmə üstünlüyü olmadan missiya yerinə yetirməsi də anlaşılmazdır... Mümkün səbəblərdən biri icazə verilmiş hava məkanında Massive Ordnance Penetrator tipli bunkerdağıdan sursatın tətbiqi ola bilər...”, — məqalədə qeyd olunur.

TMZ həmçinin ehtimal edir ki, bu detallar yeni sensor və ya radioelektron mübarizə sistemi ilə bağlı ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
sherg.az

1Sources