Türkiyə İran və ABŞ arasında mesajların ötürülməsində rol oynayır.
Moderator.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin xarici əlaqələr üzrə müavini Harun Armağan “Reuters”ə deyib.
AKP rəsmisi bildirib ki, Türkiyənin bu vasitəçilikdə məqsədi hərbi gərginliyi azaltmaq və birbaşa danışıqlara yol açmaqdır.