EN

Molla ilə Şeytanın dialoqu | TƏHLİL

Məsələn, Tehranınraket proqramını tam ləğv edəcəyi və Yaxın Şərqdəki radikal şiə qruplaşmaları ilə əlaqəni kəsəcəyi inandırıcı görünmür.

Eyni dərəcədə İranın şərtləri də ABŞ üçün qəbuledilməzdir. İlk növbədəvurulan ziyana görə kompensasiyanın ödənilməsi faktiki təzminat deməkdir. Bu isə ABŞ-nin məğlubiyyətini etiraf etməsi mənasına gəlir. Çünkiqalib tərəf təzminat ödəmir.

Tehranın digər tələbi odur ki, Amerikabir də heç vaxt İrana hücum etməyəcəyinə dair zəmanətversin. Bu da kifayət qədər qeyri-real görünür. Ona görə də yəqin ki, hazırkı “danışıqlar” mərhələsi sadəcə, ötəri fasilədir.

İran yalnız ABŞ-nin regiondakı bütün bazalarını çıxarmaq tələbindən geri çəkilməkdə güzəştə gedə bilər. Amma bu tələb onsuz da real deyildi və eləəvvəlcədən sonradan geri götürmək məqsədilə irəli sürülmüşdü.

Hazırda yaranan fasilə ilk növbədə Trampa lazım idi. Əvvəla,neftin qiymətlərini təcili şəkildə aşağı salmaq tələb olunurdu. Ümumi bahalaşma trendi həm xaricdə, həm də daxildə Trampa ciddi başağrısı vəd edirdi.

İkincisi, “danışıqlar” elan olunmazdan iki gün qabaq İrana qarşı müharibənin əsas atəş güclərindən olan“Gerald Ford” atom aviadaşıyıcı gəmisi döyüş zonasını tərk edərək, təmir üçün Cənubi Kiprdəki bazaya yollanmışdı.Bu addımın döyüşlər gedə-gedə atılması gəminin vəziyyətinin həqiqətən yaxşı olmadığını göstərirdi. Trampa regiona yeni qüvvələr gətirilənə qədər vaxt udmaq lazım idi. Yeni qüvvələr isə yoldadır.

İranın bəzi şəhərlərində müharibənin davam etdirilməsi tələbilə aksiyaların keçirilməsi göstərir ki,ölkəni idarə edən komandanın daxilində bu mövzuda fikir ayrılıqları var.“Müharibə partiyası” kifayət qədər güclüdür. Əks təqdirdə müharibə gedə-gedə kütləvi aksiya təşkil etmək çox çətin, hətta qeyri-mümkün olardı. Bəzi məlumatlara görə, İranı real olaraq Laricaninin xələfiSəid Cəliliidarə edir. O isə kifayət qədər radikal fiqurdur. “Danışıqlar partiyası”na isə güman ki, xarici işlər naziri Abbas Araqçıbaşçılıq edir. Hansı komandanın üstün gəlməsindən çox şey asılı olacaq.

Aprelin 9-da İsrailin müstəqilliyi günüdür. Amerika və İsrail mediasında dərc olunan bəzi fikirlərə görə, həmin vaxta qədər Tramp müharibəni bitirərək, qalib ədası ilə Təl-Əvivə varid olmaq istəyir. Bu onun narsist xarakterinə tamamilə uyğundur. Amma İsrailin özündə İran ilə haqq-hesabı yenidən bu şəkildə yarımçıq qoymaq istəmirlər. Problem ondadır ki, bundan sonra nəetməklə bağlı nə ABŞ-nin konkret strategiyası var, nə də İsrailin. Onlar iki kartı oynamağı düşünürdülər: 1)İranda xalqın ayağa qalması və2)Etnik qruplardan Tehrana qarşı istifadə etmək. Heç biri alınmadı. Ona görə də müharibəni bundan sonra necə davam etdirməklə bağlı ortada real plan yoxdur.

Vüsal Məmmədov
AzVision.az
Chosen
42
azvision.az

1Sources